Suriya Müdafiə Nazirliyi İsrailin Qolan təpələrindən atdığı raketlərin Dəməşqin cənub bölgələrində 3 nəfərin ölümünə və maddi ziyana səbəb olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Suriyanın paytaxtı Dəməşq ətrafında İsrailin raket hücumu nəticəsində 3 nəfər həlak olub.
Suriya bəzi raketlərin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu bildirib.
Hücumla bağlı İsraildən heç bir açıqlama verilməyib.
İsrail son vaxtlar Suriyadakı hərbi obyektlərə və İranla əlaqəli hədəflərə hava zərbələrini artırıb.