İsveç təhlükəsizlik məsələləri və terrorla mübarizə də daxil olmaqla, Türkiyə ilə ikitərəfli əlaqələrin möhkəmlənəcəyinə ümid edir.
Teleqraf.com xəbər verir ki, bunu İsveçin baş naziri Maqdalena Andersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla krallığın NATO-ya üzvlüyü ilə bağlı telefon danışığından sonra deyib.
"İsveçin NATO-ya üzvlüklə bağlı müraciəti üzrə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bugünkü telefon danışığını yüksək qiymətləndirirəm. Biz ikitərəfli əlaqələrimizi, o cümlədən sülh, təhlükəsizlik və terrorizmlə mübarizə məsələlərini möhkəmləndirməyə ümid edirik", - deyə baş nazir qeyd edib.