Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Fələstin Birgə Komissiyasının ikinci iclasında iştirak etmək üçün bu gün Fələstinə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, Çavuşoğlu bir sıra görüşlər keçirəcək.
Həmkarı Riyad Malki ilə görüşəcək Türkiyə xarici işlər nazirinin Fələstin dövlət başçısı Mahmud Abbas tərəfindən də qəbul ediləcəyi gözlənilir.
Çavuşoğlu Fələstindəki təmaslarından sonra – sabah İsrailə gedəcək. O, İsrail Xarici işlər naziri və alternativ baş nazir Yair Lapidlə ikitərəfli və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçirəcək.
Görüşlərdə Türkiyə-İsrail münasibətləri, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Nazir Çavuşoğlu bu təmaslardan əvvəl Səudiyyə Ərəbistanı Xarici işlər naziri Feysəl bin Fərhanla telefon danışığı aparıb. Görüşdə ikitərəfli əlaqələr müzakirə olunub.