24 May 2022 17:53
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə ilə dialoq qurulmalı və Finlandiya, İsveçin alyansa potensial üzvlüyü ilə bağlı narahatlıqlar aradan qaldırılmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq Finlandiya və İsveçin NATO-da iştirakı ilə bağlı Türkiyə ilə görüşməli və narahatlıqlarını aradan qaldırmalı olduğunu, bunun nəticə verəcəyinə inandığını bildirib.

Stoltenberq həmçinin xəbərdarlıq edib ki, 5G şəbəkələrində və “Şimal axını 2” boru kəmərinin tikintisində Çinin bəzi texnologiyalarından istifadə ilə bağlı mübahisələrə istinad edərək, Qərb ölkələri təhlükəsizliklərini iqtisadi mənfəət üçün alver etməməlidirlər.

İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda görüşən iş adamları qarşısında çıxış edən Stoltenberq deyib ki, iqtisadi seçimlərimizin təhlükəsizliyimiz üçün nəticələri olduğunu qəbul etməliyik: “Azadlıq azad ticarətdən daha vacibdir. Mən Çinlə ticarətin əleyhinə deyiləm, lakin deyirəm ki, 5G şəbəkələrinə nəzarət həyati əhəmiyyət kəsb edir”.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə iclasda F-16 prosesinin normal şəkildə davam etdiyini və NATO ilə bağlı məsələlərin bu gündəmdən kənarda qaldığını bildirib. Nazir Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı “Konkret addımlar ata biləcəyimizi söylədilər, yazılı razılaşma istəyirik” deyib.

Qeyd edək ki, Finlandiya və İsveç rəsmilərindən ibarət heyət Ankaraya gəlir. Üçtərəfli görüş nəzərdə tutulur. Türkiyə, Finlandiya və İsveç ortaq masada bir araya gələcək.


Müəllif: Nemət