Ukrayna Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin geri çəkilməsi ilə bağlı məlumatı şərh edib.
Teleqraf.com xəbər verir ki, Müdafiə Nazirliyi Ukrayna qoşunlarının Ukraynanın şərqindən geri çəkilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik qeyd edib ki, bəzi ərazilərdə rus qrupları müvəqqəti uğur qazanıb, lakin düşmənin hücumundan və Ukrayna Silahlı Qüvvələrinin geri çəkilməsindən danışmaq mümkün deyil.
Motuzyanıkın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri “cəbhənin müəyyən sektorlarında manevr edə bilən müdafiə” həyata keçirir. Xüsusən də mövqelərini dəyişir, lazım olan yerdə kənara çəkilir və əlverişli şəraitdə əks-hücum əməliyyatı həyata keçirirlər.