26 May 2022 01:12
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Kremli dezinformasiya yaymamağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident Mişel “Twitter“də bildirib.

“Dezinformasiya yaymağı dayandırın! Sanksiyalar deyil, Ukraynadakı müharibəniz daşımaların qarşısını alır və ərzaq təhlükəsizliyini təhlükə altına alır. 20 milyon tondan çox taxıl ixracını sizin minalarınız və müharibəniz bloklayıb. Müharibəni dayandırmalı və qlobal ərzaq təchizatı zəncirlərini bərpa etməliyik”, - deyə Mişel vurğulayıb.

Qeyd edək ki, o, paylaşımında Rusiya Prezidentinin rəsmi “Twitter“ səhifəsini işarələyib.


Müəllif: Teleqraf.com