Azərbaycanda texnologiyaların və innovasiyaların inkişafına təkan verən "TEKNOFEST"ə bənzər tədbirlər növbəti illərdə də keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Nazir bildirib ki, son dörd gündə biz bu cür tədbirlərin bütün fəaliyyət sahələrində texnologiyanın inkişafına təkan verdiyinin şahidi olduq. "TEKNOFEST Azərbaycan"ın təşkili elm sahəsində texnologiyaların inkişafına dəstək oldu.