Türkiyədə tibbi maska qadağası aradan qaldırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə səhiyyə naziri Fəxrəddin Koca öz "Twitter" səhifəsində yazıb.
"Artıq üçüncü gündür ki, gündəlik yoluxma sayı mindən azdır. İstəsək, ictimai nəqliyyatda maska taxmaya bilərik. Xəstəxanalar istisna olmaqla, tibbi maska taxmaq artıq məcburi deyil. Lakin təcrübəyə əsaslanaraq ictimai nəqliyyatda və insanların çox olduğu yerlərdə maskaların yanınızda olması daha yaxşı olar", - F. Koca bildirib.
Qeyd edək ki, Türkiyədə son 24 saat ərzində 864 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.