30 May 2022 11:40
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin NATO-ya üzvlük müraciəti ilə bağlı müzakirələr davam etdiyi vaxt ölkə mediası rəsmi Stokholmun PKK/YPG terror təşkilatı ilə əməkdaşlığına diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkələr və yerli mətbuatda İsveç hökumətinin terrorçularla əlaqələri tənqid olunub.

“Expresen” qəzeti isə İsveç Baş naziri Maqdalena Andersson və PKK/YPG-yə dəstəyi ilə tanınan deputatlardan birinin məsələyə münasibətinə yer verib.

Anderssonun İran əsill deputat və PKK tərəfdarı Əminə Kaxabavex ilə bağladığı razılaşma sayəsində baş nazir olmaq üçün parlamentdən kifayət qədər səs topladığına diqqət çəkib.

Məqalədə bunun Türkiyədən yan keçmədiyi bildirilib.

“Dagens industri” qəzeti də Sosial Demokratlar Partiyası ilə Kaxabavex arasında gərginlik olduğunu yazıb.

Digər yerli nəşrlər də hökumətin xarici siyasətini tənqid ediblər. NATO üzvlüyünün baş tutmayacağı təqdirdə bundan İsveç hökumətinin məsuliyyət daşıyacağı vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər