İraqın Ənbar şəhərində ABŞ hərbçilərinin yerləşdiyi Ayn əl-Əsəd hava bazasına raket zərbəsi endirildiyi iddia edilib.
Teleqraf.com xəbər verir ki, bazanın iki raketlə vurulduğu bildirilib.
Məsələ ilə bağlı ABŞ və ya İraq rəsmiləri tərəfindən hələlik heç bir açıqlama verilməyib.
Dünən isə ABŞ-ın Suriyadakı hərbi bazası ətrafında raket zərbələri endirilmişdi.
Hücumların İranın dəstəklədiyi terrorçu qruplaşmaların yerləşdiyi ərazilərdən edildiyi deyilirdi.