1 İyun 2022 12:10
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları Sabir Hacıyev və Hikmət Məmmədov iyunun 2-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, Sabir Hacıyev MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası (MDB PA), Hikmət Məmmədov isə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) missiyasının tərkibində Qazaxıstanda iyunun 5-nə təyin olunmuş referendumu müşahidə edəcəklər.

Qeyd edək ki, Sabir Hacıyev Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üzrə keçirilən referendumda iştirak edən MDB PA-nın müşahidəçilər qrupunun koordinatoru təyin edilib.

Deputatlarımız Qazaxıstan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilən referenduma hazırlığın səviyyəsi ilə maraqlanacaqlar, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəklər.


Müəllif: Nemət

Oxşar xəbərlər