2 İyun 2022 13:56
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya futbolunun əfsanəsi Pele Rusiya Prezidenti Vladimir Putini Ukraynada əsassız işğalına son qoymağa çağırıb.

Teleqraf.com xəbər verir ki, keçmiş futbolçu bu barədə Ukrayna millisinin dünya çempionatının seçmə mərhələsinin oyunundan əvvəl İnstaqram səhifəsində yazıb.

“Bugünkü oyundan bir xahiş üçün fürsət kimi istifadə etmək istəyirəm: bu işğalı dayandırın. Zorakılığa haqq qazandıra biləcək heç bir arqument yoxdur. Bu müharibə şərdir, əsassızdır və ağrı, qorxu, dəhşət və əzabdan başqa heç nə gətirmir”, - Pele deyib.

Pele və Putin sonuncu dəfə 2017-ci ildə Moskvada Konfederasiyalar Kuboku zamanı görüşüb. Rusiya lideri futbol kralını sevimli oyunçularından biri adlandırıb.

Pele həmin görüş haqda qeyd edib: “O vaxt görüşəndə ​​və uzun əl sıxaraq bir-birimizə təbəssüm edəndə heç vaxt düşünməzdim ki, bir gün bugünkü kimi parçalanacağıq”.

Qeyd edək ki, Ukrayna Şotlandiyanı 3:1 hesabı ilə məğlub edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər