Rusiya 10 ədəd yeni nəsil nüvə başlığını daşıya və 8 min kilometrdə hədəfi vura bilən Bulava raketini sınaqdan keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyindən açıqlama verilib. Yayılan məlumata görə, Aleksandr Nevski strateji sualtı gəmisindən buraxılan raket uğurla hədəfə çatıb.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov raketin sınağının suyun altında həyata keçirildiyini və Kamçatkaya yönəldiyini bildirib.
Samir