Dünyada beş mindən çox insan hər gün QİCS-ə yoluxur, onlar arasında iki yüzdən çox rusiyalı var. Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, bu barədə Rospotrebnadzor-un rəhbəri Anna Popova bildirib.
May ayında Rospotrebnadzor-un sabiq rəhbəri Gennadi Onişenko bəyan edib ki, hər gün dünyada 6,3 min nəfər QİCS-ə yoluxur.
Popovanın sözlərinə görə, xəstəliyə yoluxanların yarıdan azının antiretrovirus terapiyanı ala bilirlər. " QİCS lə yaşayan böyüklərin yalnız 38%-i antiretrovirus terapiyanı ala bilirlər. Yoluxmuş uşaqların yalnız 24% -i zəruri dərmanlar alır", - Popova bildirib.
Rospotrebnadzor-un rəhbəri qeyd edib ki, QİCS-ə yeni yoluxmaların 60% -i 15-24 yaş arasında qızlar-yeniyetmələr və gənc qadınlar arasında qeydə alınıb.