Avtobusda onlara sataşan gənci kəmərlə döyən bacıların videosu dünya gündəmini zəbt edib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, Hindistanın Xaryana ştatında baş verən hadisə sərnişinlərdən biri tərəfindən lentə alınıb. Görüntülər qadın haqları cəmiyyətini ayağa qaldırıb. Kollec tələbələrinin polisə şikayəti əsasında həmin şəxs tutulub.
Qeyd edək ki, Hindistanda tez-tez qadın haqlarının pozulması halları baş verir.
Samir