5 İyul 2022 23:34
2 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Dumasının sədri Vyaçeslav Volodin Beynəlxalq Əlaqələr Komitəsinə Rusiya ilə Norveç arasında Barents dənizi və Şimal Buzlu okeanında dəniz məkanlarının delimitasiyası və əməkdaşlıq haqqında müqavilənin denonsasiyası məsələsinə baxmağı tapşırıb.

Teleqraf.com xəbər verir ki, dumanın iclasında denonsasiya məsələsini deputat Mixail Matveyev qaldırıb.

Onun sözlərinə görə, Rusiya müqavilə əsasında Barents dənizinin 175 min kvadratkilometrini Norveçə verib.

“Bu, müqavilənin beynəlxalq regional təhlükəsizlik, mehriban qonşuluq və dostluğun möhkəmlənməsinə müsbət təsir göstərməsi ilə izah edilib. Amma bu gün biz Norveçin Svalbarda ərzaq və yük göndərilməsinin qarşısını necə aldığını görürük”, - Matveyev bildirib.

Volodin sözügedən komitənin rəhbərinə bu məsələ üzərində işləməyi tapşırıb:

“Gəlin Leonid Eduardoviç Slutskidən (beynəlxalq əlaqələr komitəsinin rəhbəri – red.) xahiş edək ki, bu məsələyə baxsın, sonra deputatlara məlumat versin”.


Müəllif: Mənsur Rəğbətoğlu