Suriyanın yeni hökumətinin başçısı Əhməd Şəra ilk xarici səfərini Türkiyəyə etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hürriyət” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, səfər Suriyanın yeni parlament seçkilərindən sonra baş tutacaq.
Xatırladaq ki, bundan əvvəl Türkiyə mediası səfərin yaxın günlərdə baş tutmalı olduğunu, amma Şəranın proqramında dəyişiklik edildiyi üçün təxirə salındığını yazmışdı.