08:24
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı milyarder Elon Mask onu məhkəməyə verən ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasını (SEC) “sınmış təşkilat” adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə sahibkar "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Mask komissiyanı “tamamilə dağılmış təşkilat” adlandırıb. Sahibkar vurğulayıb ki, SEC boş şeylərə vaxt itirir, xeyli sayda real cinayət isə cəzasız qalır.

Yanvarın 15-də ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyası Maskı qanunu pozmaqda günahlandırıb və federal məhkəmədə ona qarşı iddia qaldırıb.

Departament hesab edir ki, Mask qəsdən "Twitter" sosial şəbəkəsinin səhmdarlarına şirkətin qiymətli kağızlarının böyük blokunu almaq niyyəti barədə məlumat verməyib. Bu da ona endirimli qiymətə səhmlər almağa imkan verib. Maskın hərəkətləri nəticəsində səhmdarlara 150 milyon dollar ziyan dəyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər