Polşa Prezidenti Anjey Duda Almaniyanın keçmiş kansleri Angela Merkelin “Şimal Axını 2” layihəsinə dəstəyini yanlış hesab etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində danışıb.
“Həmişə eşidirdik ki, “Şimal Axını” sırf iqtisadi layihədir. Bu arqumenti heç vaxt bölüşməmişəm. Bunun ardınca Prezident Bayden və Merkel arasında 2021-ci ildə imzalanan müqaviləyə əsasən Vaşinqton “Şimal Axını 2” layihəsinə qarşı çıxmaqdan imtina etdi. Merkel həmin axşam Putinə zəng etdi, bundan şoka düşdüm. Bu, təkcə biganəlik kimi deyil, həm də Avropanın bizə qarşı az qala düşmənçilik hərəkəti kimi başa düşülməlidir”, - Duda bildirib.