Çinin avtomobil nəhəngi "Nio" Şanxayda "Nio Mobile Technologies"in 100 milyon dollar nizamnamə kapitalı ilə törəmə müəssisəsini qeydiyyatdan keçirib.
Teleqraf.com xəbər verir ki, "Nio"nun törəmə şirkəti smartfonlar istehsal edəcək və gələn il ilk cihazı təqdim edəcək,
"Nio Mobile Technologies" şirkəti smartfonlar, rabitə cihazları da daxil olmaqla müxtəlif qadcetləri istehsal edəcək və bazara çıxaracaq. Həmçinin qeyd edilir ki, şirkət süni intellekt üçün proqram və aparat hazırlayacaq. Bu istiqamətin təfərrüatı hələ dəqiqləşdirilməyib.
"Nio" rəhbəri Lihong Kin bildirib ki, şirkət həqiqətən də öz smartfonunu təqdim etməyi planlaşdırır və "Apple"ın etdiyi kimi illik sıra yeniləmə cədvəlinə sadiq qalır . Nio rəhbəri həmçinin bildirib ki, şirkətin smartfonu bazarda heç bir cihazda olmayan eksklüziv funksiyalar əldə edəcək.
Avtomobil istehsalçısından smartfonun qiyməti və elan olunma tarixi ilə bağlı daha dəqiq məlumat açıqlanmır.