ABŞ administrasiyası Rusiya Federasiyasında cəza çəkən basketbolçu Britni Qriner (narkotik qaçaqmalçılığı ittihamı) və Pol Uilanı (casusluqda ittihamı) vətənə qaytarmaq üçün bütün mümkün vasitələrdən istifadə etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.
“Bu gün ABŞ vətəndaşı Britney Griner həbs cəzası aldı, bu da dünyanın artıq bildiyi bir şeyi xatırladır: Rusiya Britneyi haqsız olaraq saxlayır. Bu qəbuledilməzdir və mən Rusiyanı onu dərhal azad etməyə çağırıram ki, o, həyat yoldaşı, yaxınları, dostları və komanda yoldaşları ilə birlikdə ola bilsin. Mənim administrasiyam yorulmadan işləməyə davam edəcək və Britni və Pol Uilanı mümkün qədər tez evə təhlükəsiz və sağlam çatdırmaq üçün mümkün olan hər vasitədən istifadə edəcəyik”, - deyə Bayden bildirib.
Qeyd edək ki, Moskva vilayətinin Ximki məhkəməsi bu gün amerikalı basketbolçu Britni Qrineri narkotik qaçaqmalçılığı və saxlama ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib.