Rusiyanın Sankt-Peterburq şəhərindəki “Coca-Cola” zavodunun direktoru Dmitri Soşnev öldürülüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, noyabrın 27-dən itkin düşən Soşnevin cəsədi tapılıb. Ailəsinin şikayəti əsasında axtarışa başlayan polis iki nəfəri həbs edib.
Məlum olub ki, Soşnev noyabrın 27-də narkotik əldə etmək üçün Denis Silatur və Vyaçeslav Finogenov adlı şəxslərlə görüşüb. Görüş zamanı onlar arasında mübahisə düşüb və Soşnev kustar üsulla hazırlanan silahla başından vurularaq öldürülüb.
Faktla bağlı araşdırmalar davam edir.
Samir