Nigeriyanın şimalında son günlər güclü yağışın səbəb olduğu daşqın və çoxsaylı torpaq sürüşmələri azə 50 nəfərin həyatına son qoyub.
Teleqraf.com xəbər verir ki, bu barədə Nigeriyanın Fövqəladə Hallar Agentliyi məlumat yayıb.
Bildirilir ki, daşqınlar nəticəsində avqustun 11-dən bəri 50 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Həmçinin 200-dən çox ev və bina dağılıb.