16 Avqust 2022 11:13
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Barkane əməliyyatı çərçivəsində Malidəki hərbi qüvvələrinin son hissəsinin ölkəni tərk etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Açıqlamada Qaodakı Səhra Əməliyyat Platformasında xidmət edən bölmənin platformanı Mali ordusuna təhvil verdiyi və dünən günorta saatlarında Nigerə hərəkət etdiyi bildirilib.

Yelisey Sarayından verilən açıqlamada da son fransız əsgərinin Malidən ayrıldığı, bununla yanaşı, Fransanın Sahel, Qvineya körfəzi və Çad gölü hövzəsində terrorla mübarizəyə və sabitliyin təmin edilməsinə sadiq qalacağı deyilib.

Malidə indiyədək 59 fransız hərbçisinin həyatını itirdiyi vurğulanan açıqlamada Malidən geri çəkilmənin Fransanın girov götürülən fransız jurnalist Olivier Duboisi azad etmək üçün səylərini azaltmayacağı da qeyd edilib.

Fransa qüvvələrinin Malidəki əməliyyatı 2013-cü ildə başlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu