Ukrayna Silahlı Qüvvələrinin Cənubda əks-hücum əməliyyatı Rusiya qoşunlarına baha başa gəlib. Ciddi itkilərlə üzləşən ruslar geri çəkilməyə məcbur olublar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin “Cənub” komandanlığının sözçüsü Natalya Qumenyuk məlumat verib.
“Müdafiə qüvvələrimiz irəliləməyə çalışarkən bir həftədir əllərində saxladıqları müdafiə xəttindən irəliləməyə “cəsarət” edən işğalçıların hava desant-hücum bölmələri ilə üz-üzə gəlib. Düşmən qüvvələri onlara cavab verməyə cəhd etsələr də, bu səyləri uğursuz alınıb. Tanklar da daxil olmaqla bir neçə zirehli texnikasını itirən işğalçıların 50-yə qədər şəxsi heyəti məhv edilib. Ruslar ciddi itkilərlə geri çəkiliblər”, - Qumenyuk bildirib.
O, Ukrayna ordusunun Cənub istiqamətində irəliləməyə davam etdiyini açıqlayıb:
“İşğalçılar Ukrayna müdafiə qüvvələrinin irəliləməsi fonunda ciddi itkilərlə üzləşirlər, öz mövqelərini geri çəkirlər”.