20 Avqust 2022 08:29
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn həftə Azərbaycandan təbii qazın həcminin artırılması ilə bağlı danışıqlara başlanılacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə Bolqarıstanın energetika naziri Rozen Xristov bildirib.

Nazir oktyabr və ondan sonrakı dövr üçün çatışmayan qaz həcminin təminat variantlarını belə izah edib.

“Türkiyədə rəqabətədavamlı qiymətə təbii qazın boşaldılma yeri ilə bağlı danışıqlar apara bildik ki, bu da bizə “Cheniere Energy” şirkətinin oktyabr ayı üçün mayeləşdirilmiş təbii qaz (LNG) tankerini çatdırmaq təklifini qəbul etməyə imkan verdi”, - nazir deyib.

Xristov vurğulayıb ki, bu tanker ölkənin aylıq istehlakının təxminən üçdə birini əhatə edir. Təxminən 33 % də Azərbaycandan tədarük ediləcək. Sonuncu variant üçün seçimlər hələ tapılmayıb:

“Bundan sonra bizim səylərimiz qarşıdan gələn qışda istehlakın ödənilməsi üçün ortamüddətli müqavilələrin bağlanmasına yönəldiləcək. Boru kəməri qazına daha etibarlı təchizatı təmin etdiyi üçün üstünlük verilir”.

Xristovun sözlərinə görə, hazırda bazarda qaz var, lakin onun qiymətində artım tendensiyası mövcuddur.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər