Yunanıstan Türkiyə ilə sərhədində 80 kilometr uzunluğunda yeni divar inşa edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstanın miqrasiya naziri Notis Mitarakis açıqlama verib.
“Mövcud divarı 80 kilometr genişləndirməyi hədəfləyirik. Layihə texniki baxış mərhələsindədir. Bu tamamlandıqdan sonra tender elan ediləcək”, - nazir bildirib.
Sözügedən divarın 26 kilometrlik hissəsinin tikintisinə ötən il qərar verilib.
Meriçdə Türkiyə-Yunanıstan sərhədinin uzunluğu təqribən 212 kilometrdir. Meriçdə biri 12.5 km, digəri isə 26.5 km uzunluğunda iki divar var.
Ayrıca, Mitarakis 40-a yaxın qaçqının 14 iyul-15 avqust tarixlərində köməksiz qaldıqları və aidiyyəti ilə bağlı Yunanıstan rəsmilərinin bir-birinə ziddi açıqlamalar verdikləri Meriçdəki kiçik ada ilə əlaqədar da danışan Mitarakis bu ərazini “türk torpağı” adlandırıb. Türkiyəyə qarşı böhtanını davam etdirən nazir türklərin qaçqınları zorakılıqla hədələyərək Yunanıstan tərəfinə sıxışdırdıqlarını iddia edib.