Türkiyənin Mardin vilayətində zəncirvarı avtomobil qəzası nəticəsində ölənlərin sayı artıb.
Teleqraf.com xəbər verir ki, Qəza nəticəsində ölənlərin sayı 20-yə yüksəlib.
Ölənlərdən biri polis əməkdaşıdır. Yaralılardan 26-sının müalicəsi davam edir. Hadisə hərtərəfli araşdırılacaq.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, hadisəyə səbəb olmaqda şübhəli bilinən iki sürücünün nəzarət altına alınıb və onlar da qəza zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, hadisə avqustun 20-si axşam saatlarında Mardinin Derik rayonunda yerləşən yanacaqdoldurma stansiyasının yaxınlığında baş verib. Əyləcində nasazlıq yaranan qoşqulu yük maşını iki avtomobillə toqquşduqdan sonra aşıb. Digər yük maşını isə hadisə zamanı xəsarət alanlara ilkin yardım göstərən tibb işçilərinə və vətəndaşlara çırpılıb.
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ hadisə ilə bağlı istintaqın başladığını deyib.