23 Avqust 2022 11:02
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Yair Lapid Fransa Prezidenti Emmanuel Makronla İranla nüvə müzakirələri ilə bağlı telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, Lapid Makrona İranın nüvə razılaşmasına qayıtmasına və bu ölkəyə daha çox güzəştə gedilməsinə qarşı olduqlarını deyib.

“İsrail bu razılaşmaya əməl etməyəcək və Tehranın nüvə potensialına yiyələnməsinin qarşısını almaq üçün hər şeyi edəcək”, - İsrail baş naziri bildirib.

Lapid Fransa prezidentinə iranlıların nüvə danışıqlarına yeni “ya al, ya da get” prinsipi ilə yanaşdıqlarını və Tehranın 2015-ci ildə imzalanmış sazişə yeni maddələr əlavə etməyə çalışdığını söyləyib.

İsrailin baş naziri vurğulayıb ki, yeni saziş İranın terror şəbəkəsinə güclü sərmayə axınına və ordusunun güclənməsinə yol açacaq.

Fransa Prezidenti Makron da İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasına sadiqliyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər