23 Avqust 2022 13:00
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndiyə qədər Suriyadakı rejim siyasi proseslərə inanmırdı. İndi inanmalıdır, çünki müharibə ölkəni parçalaya biləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global”a müsahibəsində deyib.

Çavuşoğlu “Şanxayda keçiriləcək sammitdə Prezident Ərdoğan Bəşər Əsədlə görüşəcəkmi” sualına belə cavab verib:

“Belə bir şey yoxdur. Əsəd ora dəvət edilməyib”.

Türkiyə Silahlı Qüvvələrinin yeni antiterror əməliyyatı barədə danışan nazir bunun Suriya üçün vacib olduğunu söyləyib.

Çavuşoğlu İran, Rusiya və Türkiyə arasında Suriya böhranının həlli üzrə davam edən Astana prosesinə də diqqət çəkib:

“Hazırda Astana salamat qalan yeganə prosesdir. Əgər Cenevrə prosesi bu gün mövcuddursa, bu, Astananın sayəsindədir.

Siyasi həll üçün onlar müəyyən məsələlərdə razılığa gəlməlidirlər. Rejim siyasi proseslərlə bağlı addımlar atmadığı üçün istədiyimiz nəticəni əldə etmək mümkün olmur. Əsas məqsədimiz siyasi həldir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər