Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı jurnalist Darya Duqinanın qətli bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Zelenski “Krım platforması” sammitində çıxışı zamanı Kremlin Darya Duqinanın qətlilə heç bir əlaqəsinin olmadığını bildirib.
“Bu qətiyyən bizim məsuliyyətimizə daxil deyil. O, bizim ölkənin vətəndaşı deyil və bizi maraqlandırmır. O, Ukrayna ərazisində olmayıb” – deyə Zelenski qeyd edib.