24 Avqust 2022 11:34
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, Kreml telefon danışığının Ermənistanın təşəbbüsü ilə baş tutduğunu açıqlayıb.

Bildirilir ki, tərəflər Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər.

Telefon müzakirəsi zamanı Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyi bir daha vurğulanıb. Eyni zamanda, regionda sabitliyin təmin edilməsində Rusiya sülhməramlı kontingentinin rolu qeyd olunub.

“Rusiya ilə Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı bəzi aktual məsələlərə toxunulub”, - Kremlin bəyanatında deyilir.


Müəllif: Nemət

Oxşar xəbərlər