25 Avqust 2022 18:48
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin yeddinci ayında Norveç Avropaya təbii qaz tədarükündə lider olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.

Norveçin energetika naziri Terje Asland bildirib ki, onun ölkəsi təbii qaz hasilatını hazırkı yüksək səviyyədə saxlamağı planlaşdırır, çünki Avropa onun sənayesini sarsıda biləcək enerji istehsalı böhranı ilə mübarizə aparır.

“Ümid edirəm ki, biz 2030-cu ilə qədər istehsal səviyyəsini qoruyub saxlaya biləcəyik", - Asland əlavə edib.

Norveç 2021-ci illə müqayisədə təbii qaz hasilatını 8% artırmaq niyyətindədir və beş il əvvəlki rekordu qırıb.


Müəllif: Nemət

Oxşar xəbərlər