Rusiya ələ keçirilən Zaporijye AES-ə və onun ətrafına edilən hücumlara görə məsuliyyət daşıyır, baxmayaraq ki, Ukraynanı günahlandırmağa çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilir.
Analitiklər qeyd ediblər ki, AES cəbhə xəttindən uzaqda olsa da, Rusiya hərbçiləri nüvə obyektini hərbiləşdirib.
Atom stansiyasına hücumlarda Rusiya Ukrayna qüvvələrini ittiham edir, lakin hələ də etibarlı sübut təqdim etməyib.
“Baxmayaraq ki, Rusiya Federasiyası əraziyə nəzarət edir və Ukraynadan qat-qat asan daha inandırıcı sübutlar təqdim edə bilər” - hesabatda vurğulanır.