5 Dekabr 2014 13:45
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yeni Lemurya Respublikası" adlı "dövlət"in saxta diplomatik pasportu ilə həbs edilərək iki il azadlıqdan məhrum edilən Ahmet Çatalkaya bu günlərdə Türkiyə Xarici İşlər Nazirliyini yenidən şoka salıb.

Teleqraf.com-un məlumatına görə, dostları ilə birlikdə "Songhrati Thaumaturgy Respublikası" yaradaraq onun Türkiyədə nümayəndəliyini açmaq istəyən A.Çatalkaya Xarici İşlər Nazirliyinə müraciət edib.

O, müraciətində demokratik "Songhrati Thaumaturgy Respublikası"nın fəxri konsulu olduğunu eyib. Əlavə edib ki, 2003-cü ildə Malayziyadan ayrılaraq müstəqilliklərini elan ediblər.

1996-cı ilə qədər baş nazirin müşaviri olduğunu deyən A.Çatalkaya nümayəndəlik açmaq üçün Müdafiə Nazirliyi, Daxili işlər Nazirliyi və Milli Təhglükəsizlik Nazirliyi ilə təmaslar qurduqlarını bildirib.

Saxta diplomat əlavə edib ki, "Songhrati Thaumaturgy Respublikası"nın baş naziri Keith Mackenzie Mcocsci əvvəllər Türkiyə vətəndaşı olub.

Araşdırmalar zamanı məlum olub ki, dünyada "Songhrati Thaumaturgy" adlı respublika yoxdur və bütün yazışmalar başqa ölkələrdən edilib.

Türkiyə polisi A.Çatalkaya və onun üç tərəfdaşını saxlayıb. Üç nəfər sərbəst buraxılıb.

A.Çatalkaya ilə bağlı aparılan araşdırmalar zamanı bəlli olub ki, o, 2011-ci ildə “Yeni Lemurya Respublikası” adlı olmayan ölkənin saxta vətəndaşlıq pasportu ilə tutulub.

Çatalkaya Vyana konvensiyasını əsas gətirərək diplomatik toxunulmazlığını irəli sürüb və "Yeni Lemurya Respublikası" tərəfindən Türkiyəyə nota verdiyini bəyan edib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər