30 Avqust 2022 11:20
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənubda 80-dən çox rus hərbçisi və düşmənin 30 texnikası məhv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Cənub” Əməliyyat Komandanlığının Feysbuk səhifəsi məlumat yayıb.

Qeyd olunur ki, əməliyyat zonasında vəziyyət gərgindir, düşmən taktiki səviyyədə döyüş əməliyyatlarını davam etdirir, bölmələri rotasiya etməyə çalışır.

Bildirilir ki, rus ordusu aviasiyanın köməyi ilə güc nümayiş etdirir: “Bəli, gün ərzində düşmən Ukrayna mövqelərinə hücum etsə də, uğur qazana bilməyib. Əvəzində ötən gecə artilleriya bölmələrimiz Xerson, Berislav və Kaxovski rayonlarında düşmənin 13 nəzarət məntəqəsini vurub”.

“Səhər saatlarında Nikolayev rayonundakı liman infrastrukturu düşmən tərəfindən ağır artilleriyadan atəşə tutulub. Nikolayevin on altı S-300 zenit-raket kompleksi ilə kütləvi şəkildə atəşə tutulması çoxsaylı dağıntılara və şəxsi heyətə ziyan vurub. Nəticədə 2 mülki şəxs həlak olub, 24 nəfər yaralanıb. Lvov kəndi yaxınlığında Dnepr üzərində qurduğu keçid dağıdılıb”, - deyə məlumatda vurğulanır.


Müəllif: Nemət

Oxşar xəbərlər