“Avqustun 31-də aviasiyamız Ukraynanın cənubunda rus işğalçılarının cəmləşdiyi yerlərə və onların texnikası, silah və sursatlarına - döyüş mövqelərinə, nəqliyyat marşrutlarına, logistika mərkəzlərinə, eləcə də dəstək və komanda məntəqələrinə 24 zərbə endirib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” operativ komandanlığı bildirib.
Qeyd olunur ki, Ukraynanın raket və artilleriya bölmələri, xüsusən də düşmənin zenit-raket hücumundan müdafiə sistemlərini, raket sistemlərini, radar döyüş stansiyalarını və pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrini vurub.
“Cənubda Ukrayna əsgərləri sayəsində 201 düşmən məhv edilib, düşmənin 12 ədəd T-72 tankı, 18 ədəd zirehli avtomobil, 3 mobil minaatan, 2 özüyeriyən artilleriya qurğusu, özüyeriyən haubitsası məhv edilib. 5 ədəd “Msta-B” haubitsa, “Buk-M3” zenit-raket kompleksi və “Solntsepek” ağır alov qurğusu vurulub”, - məlumatda qeyd olunur.
Bundan əlavə, Xerson, Geniçeski və Berislavski rayonlarında işğalçıların 6 sursat anbarı və Rusiya Federasiyasının 331-ci desant və 56-cı desant alaylarının komanda məntəqələri məhv edilib.
“Kaxovski və Daryevskoye körpülərinin yaxından atəşə tutulması onların düşmən tərəfindən texnika və sursatların çıxarılması üçün istifadəsini istisna edirdi. Zərbələr effektiv olub. İşğalçıların Daryevka ərazisində qurduqları ponton keçidi dağıdılıb”, - Ukrayna Silahlı Qüvvələrinin “Cənub” komandanlığı bildirib.