Sabah Britaniyanın yeni baş nazirinin adı açıqlanacaq.
Teleqraf.com xəbər verir ki, sabah yeni baş nazirin adı açıqlanacaq.
Vəzifəyə hazırkı xarici işlər naziri Liz Trass və ya keçmiş maliyyə naziri Rişi Sunak seçiləcək.
Boris Consonun istefasının isə bir gün sonra, 6 sentyabrda kraliçaya elan ediləcəyi gözlənilir.
96 yaşlı kraliça vəzifədən gedən baş naziri Şotlandiyadakı qəsrində qəbul edəcək.
Xatırladaq ki, Kraliça Elizabetin 70 illik hakimiyyəti dövründə 14 baş nazir olub.