Neft qiymətləri artmaqda davam edir.
Teleqraf.com “Reuters”ə istinadən xəbər verir ki, investorlar OPEC+ təşkilatının bu gün keçiriləcək iclasında qəbul ediləcək qərarları gözləyirlər.
“Brent” markalı neftin oktyabr fyuçersləri 2 % və ya 1,88 ABŞ dolları ucuzlaşaraq 94,90 ABŞ dollarına satılıb.
WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 2 % və ya 1,73ABŞ dolları düşərək 1 bareli 88,60 ABŞ dolları təşkil edib.
ABŞ-da Əmək Günü ilə əlaqədar bazarlar bağlıdır.
Neft ixracatçıları ölkələrinin hasilatın hazırkı səviyyədə saxlanması və ya azaldılması haqqında qərar qəbul edəcəyi gözlənilir.