6 Sentyabr 2022 10:04
1 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin “Vostok-2022” strateji komanda-qərargah təlimlərinin aktiv mərhələsinin keçirildiyi Primoryedəki “Sergeyevski” poliqonuna gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O əlavə edib ki, Putin müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Valeri Gerasimovla qapalı görüş keçirir:

“Hazırda Putin Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşdədir. Müdafiə naziri Şoyqu və baş qərargah rəisi Gerasimov da oradadır”.


Müəllif: Mənsur Rəğbətoğlu