6 Sentyabr 2022 12:15
3 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Nazirliyi Prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın təxribatçı davranışlarına dair verdiyi açıqlamaya etiraz edən Çexiyaya cavab verib.

Teleqraf.com xəbər verir ki, bəyanatda Çexiya və digər AB üzvləri Yunanıstanı təxribata çəkməkdə ittiham edilib.

“Avropa Birliyinin dönəm sədri Çexiya Xarici İşlər Nazirliyi və bəzi digər AB qurumlarının ölkəmizlə bağlı verdiyi bəyanatların bizim üçün heç bir mənası və dəyəri yoxdur. AB-nin üzvlük həmrəyliyi əsasında Egey və Aralıq dənizi ixtilaflarında Yunanıstana şübhəsiz dəstəyi həm AB-nin öz prinsiplərinə, həm də beynəlxalq hüquqa ziddir. Yunanıstanı ərköyünləşdirən bu münasibət həllə deyil, qeyri-həll yolunu təşviq edir və Yunanıstanın maksimalist tələblər arxasınca getməsini dəstəkləyir. Bu bəyanatları verənlərin Yunanıstanın ölkəmizə qarşı törətdiyi pozuntulara, təcavüz və təhdidlərə, təxribat xarakterli hərəkətlərinə və eyhamlarına məhəl qoymamaları, beynəlxalq hüquqa zidd hərəkət və əməllərə biganə qalmaları biabırçılıqdır”, - XİN-in açıqlamasında bildirilib.

Bəyanatda qeyd edilib ki, Çexiya və ya AB dialoqu təşviq etmək istəyirsə, Türkiyə-AB münasibətləri AB həmrəyliyinə və ortaq maraqlara xələl gətirən dar düşüncəli Yunanıstan-Cənubi Kipr vetosunun sui-istifadəsindən qurtarılmalıdır:

“Türkiyə Egey və Aralıq dənizlərindəki qanuni hüquq və mənafelərini qətiyyətlə qorumağa davam edəcək”.

AB-nin dönəm sədri Çexiya Prezident Ərdoğanın Yunanıstanla bağlı sözlərini “qəbuledilməz” adlandırıb.

Çexiya XİN-in bu barədə açıqlamasında deyilib:

“Məqsədlərimizdən biri də AB-Türkiyə dialoqunu inkişaf etdirməkdir. Prezident Ərdoğanın Yunanıstana xitab edən son açıqlaması kimi AB-yə üzv dövlətləri qəbuledilməz şəkildə təhdid etmək bu baxımdan son dərəcə faydasızdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər