7 Sentyabr 2022 10:03
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Aralıq dənizində NATO missiyasını yerinə yetirən Türkiyənin F-16 hərbi təyyarələrinə təcavüz etmiş Yunanıstanın təxribatçı davranışlarına qarşı səssizliyini qoruyur.

Teleqraf.com xəbər verir ki, Pentaqonun sözçüsü Patrik Rayder “Anadolu”nun “Yunanıstan S-300-lərinin NATO missiyasını yerinə yetirən türk F-16-larına müdaxiləsi məqbul bir davranışdırmı?” sualına Rayder “Bu barədə deyəcək heç nəyim yoxdur” cavabını verib.

Rayder jurnalistin “Bəs belə bir missiya zamanı ABŞ-a qarşı belə bir şey edilsə, bunu məqbul hesab edərdimi?” sualını isə belə cavablandırıb:

“Müdafiə naziri Lloyd Ostin bundan əvvəl həm türk, həm də yunan həmkarları ilə danışıb və konstruktiv dialoq yolu ilə Egeydəki gərginliyi azaltmaq üçün səylərin davam etdirilməsinə çağırıb”.


Müəllif: Mənsur Rəğbətoğlu