Ukrayna silahlı qüvvələrinin əsgərləri İzyum şəhərinin (Xarkov vilayəti) mərkəzinə nəzarət edir və artıq şəhər şurasının binası üzərində ölkə bayrağını qaldırıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə "RBC-Ukraina" məlumat yayıb.
Qeyd edilir ki, zabit Anatoli Ştefan sosial şəbəkələrdə İzyum şəhər şurasının yanan binasının əks olunduğu video yayıb. Videoda görünür ki, binanın damında Ukrayna bayrağı ilə Silahlı Qüvvələrin əsgərləri dayanıb.
Xatırladaq ki, bir neçə gündür Rusiyanın teleqram kanallarında bu ölkənin qoşunlarının İzyumdan çıxarılması ilə bağlı məlumatlar yayılıb, lakin rəsmi mənbələr hələlik şəhərin işğaldan azad olunduğunu təsdiqləməyib.