13 Sentyabr 2022 12:36
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kiyevi silahlandıran və müharibənin son ukraynalıya qədər davam etdirmək istəyən ABŞ bunun ona toxunmayacağına inanmaqla çox yanılır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Vaşinqton müharibəni son ukraynalıya qədər davam etdirərkən, bunun ona toxunmayacağını düşünürsə, çox yanılır”, - Volodin bildirib.

Spiker qeyd edib ki, Ağ Ev Rusiyanın Ukraynadakı kritik infrastrukturlara zərbələrini pisləyərkən öz-özünə sual verməlidir:

“Vaşinqton səkkiz ildən artıqdır su və işıqsız insanların qorxu içində yaşadığı Donbasda dinc sakinlərin atəşə tutulmasını dayandırmaq üçün nə etdi?

Vaşinqton hazırda nüvə fəlakəti təhlükəsi yaradan Ukrayna birləşmələrinin Zaporoje AES-ə hücumlarını dayandırmaq üçün nə edir? O, yalnız nasist Kiyev rejimini hərbiləşdirməyə davam edir və onu yeni cinayətlərə sövq edir”.

Volodin onu da əlavə edib ki, “xüsusi hərbi əməliyyat”ın bütün məqsədlərinə istənilən halda nail olunacağını anlamaq lazımdır:

“Kiyev rejimi denazifikasiya olunacaq, Qərbin hərbi yardımı yox ediləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər