İsraildə qarşıdan gələn seçkilərlə bağlı keçirilən rəy sorğusunun nəticələrinə görə keçmiş baş nazir və Likud partiyasının sədri Binyamin Netanyahu parlamentdə 60, müvəqqəti baş nazir Yair Lapidin rəhbərlik etdiyi “Gələcək” partiyası isə 55 mandat alacaq.
Teleqraf.com xəbər verir ki, Netanyahunun rəhbərlik etdiyi blokda yer alan “Sionizm” Partiyasının 12, “Şas” Partiyasının 9, “Tövrat Yəhudiliyi İttifaqı” Partiyasının isə 7 yer alacağı gözlənilir.
Digər tərəfdən, Lapidin rəhbərlik etdiyi “Gələcək” Partiyasının ilk dəfə ictimai rəy sorğularında 24 mandat qazanacağı, “Tövrat Yəhudiliyi İttifaqı”ndakı digər partiyalarla birlikdə parlamentdə cəmi 55 mandata sahib olacağı qeyd edilib.
İsraildə 3 ərəb partiyasının yaratdığı “Birləşmiş Ərəb” Koalisiyasının 5 yer tutacağı deyilir.
Netanyahunun blokinda “Likud”, “Sionizm”, “Şas” və “Tövrat Yəhudiliyi İttifaqı” partiyaları yer alır. Qarşı cəbhədə isə “Yeni Ümid”, “İsrail Evimizdir”, “Yamina”, “Gələcək”, “Mavi və Ağ”, “Əmək”, “Meretz” partiyaları və “Birləşmiş Ərəb” Koalisiyası mübarizə aparır.
Hökuməti formalaşdırmaq üçün parlamentdəki 120 deputatdan ən azı 61-i etimad səsi almalıdır.
Növbədənkənar seçkilər noyabrın əvvəlinə təyin edilib.