15 Sentyabr 2022 13:35
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xarkov, Xerson, Donetsk və Luqansk vilayətlərində şiddətli döyüşlər davam edir".

Teleqraf.com xəbər verir ki, bu barədə Luqanskin hərbi-mülki administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

“Luqansk vilayətində ruslar müdafiəyə hazırlaşır, Xarkov vilayətindəki kimi sürpriz olmayacaq. Onlar qoşunları Svatovo, Troitskoyedə cəmləşdiri və müdafiəyə hazırlaşırlar”, - o deyib.

Sergey Qaydayın sözlərinə görə, rusların vəziyyəti pisləşib: “Qoşun göndərmək üçün heç bir yer yoxdur, çünki İzyuma nəzarət etmirlər. Amma başa düşürlər ki, Limandan sonra növbəti Svatovo-Troitskoye-Kremennaya olacaq, orada mühafizəni gücləndirir, qoruyucu strukturlar tikirlər”.


Müəllif: Nemət

Oxşar xəbərlər