17 Sentyabr 2022 09:16
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistanla sərhəddə baş verən qarşıdurmalar zamanı xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 103-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Qırğızıstan-Tacikistan sərhədində baş vermiş silahlı münaqişə nəticəsində sentyabrın 17-si saat 09:00-a (Bakı vaxtı ilə 07:00 - red.) səhiyyə müəssisələrinə qəbul edilən zərərçəkənlərin sayı ambulator müalicəyə göndərilən 5 nəfər də daxil olmaqla 103 nəfərdir”, - agentlik nazirliyə istinadən xəbər verib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, zərərçəkənlərin əsasən bədənin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var.

Bundan əvvəl 24 nəfərin öldüyü, 87 nəfərin isə yaralandığı barədə məlumat verilib.


Müəllif: Teleqraf.com