Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Hindistanın baş naziri Narendra Modi “Tvitter” hesabında türkcə paylaşım edib.
Teleqraf.com xəbər verir ki, baş nazir paylaşımda Ərdoğanla görüşdə müzakirə etdikləri məsələlərdən bəhs edib:
“Prezident Ərdoganla görüşdük. Xalqlarımızın rifahı naminə iqtisadi əlaqələrin dərinləşdirəcək yolları, o cümlədən Hindistan və Türkiyə arasında ikitərəfli əlaqələri, nəzərdən keçirdik”.