Tacikistan-Qırğızıstan dövlət sərhədində vəziyyət ağır olaraq qalır.
Teleqraf.com xəbər verir ki, bu barədə Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Qoşunlarının mətbuat mərkəzinin yaydığı məlumatda deyilir.
Qırğızıstan sərhədçilərinin razılaşmaya əməl etməyərək Lyaxş bölgəsini iki dəfə atəşə tutduğu bildirilir:
“Qırğızıstan Silahlı Qüvvələri elan edilmiş atəşkəs rejiminin şərtlərinə və tələblərinə məhəl qoymur. Sentyabrın 17-də “Qrad” markalı hərbi texnikanın Djonoloi rayonu istiqamətindən atəş açıb".
Qeyd edək ki, tərəflər atəşkəs və vəziyyətin normallaşdırılması barədə razılığa gəlmişdilər.