19 Sentyabr 2022 12:52
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniya, Latviya, Litva və Polşa Rusiya vətəndaşlarının ölkəyə girişini dayandırıb.

Teleqraf.com xəbər verir ki, sentyabrın 18-dən 19-na keçən gecə bu ölkələr Rusiya Federasiyasının Şengen turist vizası olan vətəndaşlarına icazə verməyi dayandırıblar.

Bu ölkələr hesab edirlər ki, Rusiya vətəndaşlarının səfərləri bütün Şengen zonasının ictimai təhlükəsizliyinə təhdiddir.

Dörd ölkənin hökumətləri yalnız Rusiya ilə sadələşdirilmiş viza rejimini dayandırmağa qərar verən Aİ-nin digərlərindən fərqli olaraq daha sərt tədbirlər görüb. Estoniyada qeyd olunub ki, rusların 70%-dən çoxu Rusiyanın Ukrayna ilə müharibəsini dəstəkləyir, ona görə də onlar üçün giriş məhdudiyyətlərinin tətbiqi ilk növbədə təhlükəsizlik məsələsidir.


Müəllif: Nemət

Oxşar xəbərlər